Mahirin komandasından qələbə

Mahirin komandasından qələbə
XƏBƏR 16 Oktyabr 2022 / 19:07 4477
-  A +

Millimizin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu Zaqreb "Dinamo"su Xorvatiya çempionatında 13-cü tur oyununa çıxıb.

Qol.az xəbər verir ki, komanda "Varazdin"i qəbul edib və 3:1 hesabı ilə qalib gəlib.

M.Emreli sözügedən matçda iştirak etməyib. O, sonadək ehtiyatda qalıb.

Qeyd edək ki, "Dinamo" hazırda 34 xalla (12 oyun) turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "Hayduk" 26 xalla (12 oyun) 2-ci, "Osiyek" 24 xalla (13 oyun) 3-cüdür.
 


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner