"Sabah"dan yubiley qələbəsi

"Sabah"dan yubiley qələbəsi
XƏBƏR 16 Oktyabr 2022 / 11:40 904
-  A +

“Sabah” Premyer Liqada 20-ci ev qələbəsini qazanıb. 

Qol.az PFL-in saytına istinadən xəbər verir ki, yubiley “Zirə” ilə qarşılaşmaya təsadüf edib. Misli Premyer Liqasının 10-cu turunun matçında meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib. “Sabah” 20-ci qələbəsini 57-ci oyununda əldə edib.

Həmçinin oxuyun: "Sabah" "Zirə"ni belə məğlub etdi - Video

Bakı klubu öz meydanında ən azı 20 dəfə üç xal qazanan 32-ci komanda olub. Paytaxt təmsilçisi eyni sayda qələbə əldə edən “Səbail”lə “Bakılı”ya çatıb.

Qeyd edək ki, “Sabah” Premyer Liqadakı ilk ev qələbəsini 2018-ci il sentyabrın 16-da “Qəbələ” üzərində qazanıb – 1:0.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner