Renatın komandası uduzdu

Renatın komandası uduzdu
XƏBƏR 16 Oktyabr 2022 / 10:52 1425
-  A +

İsveçrə çempionatında 11-ci turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Vintertur”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Renat bu görüşdə iştirak edib. O, 46-cı dəqiqədə meydana girib və ikinci hissəni tam oynayıb.

Qeyd edək ki, “Qrasshopper” 11 turdan sonra 14 xalla 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner