"Azərbaycanda rahat üç xal qazanacağımızı düşünə bilmərik"

"Azərbaycanda rahat üç xal qazanacağımızı düşünə bilmərik"
XƏBƏR 15 Oktyabr 2022 / 14:54 6153
-  A +

Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik Avro-2024-ün seçmə mərhələsindəki rəqiblərini dəyərləndirib.

Qol.az Avstriya mətbuatına istinadən xəbər verir ki, o, məqsədlərinin qrupda istənilən rəqibə qalib gəlmək və tez bir zamanda final mərhələsinə vəsiqəni təmin etmək olduğunu deyib: "2023-cü ilin martında Estoniya və Azərbaycanla oyunlarımız var. Hər iki komanda ilk dəfə final mərhələsinə vəsiqə qazanmaq istəyir. Odur ki, bu rəqiblərə yuxarıdan aşağı baxmaq olmaz. "Azərbaycana uçub, rahat 3 xal qazanacağımızı düşünə bilmərik. Heç bir oyun asan olmayacaq". 

Qeyd edək ki, millimiz Avro-2024-ün seçmə mərhələsində Belçika, Avstriya, İsveç və Estoniya ilə birlikdə F qrupunda mübarizə aparacaq. Yığmamız ilk oyununu gələn il martın 24-də səfərdə  Avstriyaya qarşı keçirəcək.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner