"Real"ın qapıçısı Tibo Kurtua La Liqanın 9-cu turunda "Barselona" ilə görüşü də buraxacaq.
Qol.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. 30 yaşlı qolkiper zədəsini tam sağaltmayıb. Ona görə də Kurtua "El-Klassiko"da iştirak etməyəcək. Bu səbəbdən "Barselona" ilə görüşdə Madrid təmsilçisinin qapısını Andrey Lunin qoruyacaq.
"Real"ın tibbi heyəti Kurtuanın sağalmasına diqqətlə yanaşmaq və onu komandaya qoşulmaq üçün məcbur etməmək qərarına gəlib. Lunin "Barselona" ilə oyunda Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Şaxtyor"la matçda (1:1) olduğu kimi Kurtuanın əvəzinə qapıda dayanacaq.
Xatırladaq ki, oktyabrın 16-da “Santyaqo Bernabeu” stadionunda keçiriləcək "Real" - "Barselona" qarşılaşması Bakı vaxtı ilə saat 18:15-də başlayacaq. Kataloniya təmsilçisi hazırda turnir cədvəlində 22 xalla 1-ci, eyni xalı olan "kral klubu" isə 2-cidir.
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı
"Real" Valverde ilə bağlı məlumat yaydı
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video