Əliyar Ağayevin idarə etdiyi oyunda 6 qol

Əliyar Ağayevin idarə etdiyi oyunda 6 qol
XƏBƏR 14 Oktyabr 2022 / 00:20 5261
-  A +

Azərbaycanın FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin 4-cü tur oyununu idarə edib.

Qol.az xəbər verir ki, o,  "Union" (Belçika) - "Braqa" (Portuqaliya) matçının baş hakimi olub.  "Den Dreef" stadionunda keçirilən görüş 3:3 hesabı ilə başa çatıb. Ağayev görüş ərzində 4 dəfə sarı vərəqə (2-i meydan sahibləri, 2-i qonaqlar) göstərib.

Qeyd edək ki, Ə.Ağayevə  Zeynal Zeynalov və Akif Əmirəli  köməklik göstərib. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirib.
 


Son xəbərlər
topaz banner