Xose Miçel onu əsas komandadan kənarlaşdırdı

Xose Miçel onu əsas komandadan kənarlaşdırdı
XƏBƏR 9 Oktyabr 2022 / 10:27 3898
-  A +

Yunanıstan "Olimpiakos"u futbolçusu Pape Abu Sisseni cəzalandırıb.

Qol.az "dakaractu.com" saytına istinadən xəbər verir ki, buna seneqallı müdafiəçinin Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda evdə "Qarabağa 0:3 hesabı ilə uduzduqları oyunda yerli azarkeşləri təhqir etməsi səbəb olub. Buna görə Pirey təmsilçisinin baş məşqçisi Xose Miçel onu qeyri-müəyyən müddətə əsas komandadan kənarlaşdırılıb.

Sisse etdiyi hərəkətlə bağlı şəxsi "İnstaqram" səhifəsi vasitəsi ilə üzr istəsə də, ispan mütəxəssis qərarını dəyişməyib.

Qeyd edək ki, "Qarabağ" və "Olimpiakos" arasında növbəti oyun oktyabrın 13-də Bakıda keçiriləcək. Həmin görüş saat 20:45-də başlayacaq.


Son xəbərlər
topaz banner