"Olimpiakos"un müdafiəçisi Pape Sisse Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"la oyunda (0:3) əvəzləndikdən sonra verdiyi pis reaksiyaya görə klubdakı hərkəsdən və azarkeşlərdən üzr istəyib.
Qol.az xəbər verir ki, seneqallı oyunçu "Qarabağ"la matçın 83-cü dəqiqəsində ikinci qoldan bir dəqiqə sonra əvəzlənib. , Meydandan çıxarkən etdiyi səhvinə görə azarkeşlər onu fitə basıblar.
P.Sisse özünün "Feysbuk" hesabında yazıb: "Dünən "Olimpiakos" və mənim üçün çox pis bir gecə oldu. Son vaxtlar faciəvi itkilərlə şəxsi cəhənnəmi yaşadım və psixoloji sınaqlardan keçdim. Siz məni yaxşı tanıyırsınız. Futbol oynayaraq böyüdüyüm və meydanda hər zaman əlimdə olan hər şeyi verdiyim "Olimpiakos"u nə qədər çox sevdiyimi bilirsiniz. Dünən səhv etdim, özüm və ailəm haqqında sərt və təhqiramiz sözlər eşidib özümü itirdim. Buna görə bütün "Olimpiakos" ailəsindən, məşqçilərdən, komanda yoldaşlarımdan, rəhbərlikdən və hər şeydən əvvəl azarkeşlərdən üzr istəmək istəyirəm. Ümid edirəm ki, məni bağışlayacaqsınız, çünki bütün bu illər ərzində sizlərdən biriyəm və komandamız üçün hər şeyi verməyə davam etmək, tükənməz istəklə davam etmək istəyirəm".
Qeyd edək ki, Sisse "Qarabağ"la görüşdə əvəzlənən zaman ona deyilən sözləri eşitmək üçün forması ilə qulaqlarını örtüb və fanatları söyüb.
PSJ-dən Markinyos qərarı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi
Xuan Mata karyerasını başa vurdu
“Qarabağ” və “Zirə”nin futbolçuları qələbədə iştirak etdilər
İsa Sülimanın komandası Hindistana məğlub oldu
"Real"dan gedəcək?
Harri Keyn Millətlər Liqasının bombardiri oldu
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
"Zirə"nin futbolçusu millidə zədələndi
Argentinadan 7:0-lıq qələbə
16 yaşlı futbolçu “Mançester Yunayted”dən ayrıldı
Messidən sərt tələb
“Qarabağ”ın futbolçusu millisinin qələbəsində iştirak etdi
Azərbaycan millisi püşkatmada 5-ci səbətdə - Avro-2028
Millətlər Liqasında 1/4 finala yüksələn 8 komanda
Millətlər Liqasında qrup mərhələsi yekunlaşdı
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı