İngiltərə millisi DÇ-2022-də uğursuz çıxış edərsə, baş məşqçi Qaret Sautqeyt yığmadan göndərilə bilər.
Qol.az xəbər verir ki, bu barədə 52 yaşlı mütəxəssis özü danışıb. O, etiraf edib ki, İngiltərə Futbol Assosasiyası ilə müqaviləsi onun DÇ-2022-dən sonra milli komanda ilə işləyəcəyinə zəmanət vermir.
“Mən axmaq deyiləm. Hazırda diqqətimi yalnız komandanı hazırlamağa yönəltmişəm. Sonra yaxşı oyuna və yaxşı nəticəyə diqqət edəcəyik. Bilirəm ki, sonda dünya çempionatında baş verənlərə görə mühakimə olunacağam.
Futbolda müqavilələrin əhəmiyyəti yoxdur. Çünki mütəxəssislərin üç, dörd, beş illik müqavilələri ola bilər və siz başa düşürsünüz ki, nəticələr kifayət qədər yaxşı deyilsə, yollar ayrılacaq. Niyə mənim üçün bu, fərqli olsun? Müqavilənin məni hər hansı şəkildə qoruyacağını düşünəcək qədər təkəbbürlü deyiləm. Mən realistəm".
Xatırladaq ki, İngiltərə millisi bu gün Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda Almaniya ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Komanda DÇ-2022-də B qrupunda İran, ABŞ və Uelslə mübarizə aparacaq.
“Milan”da qalır
Adarabioyo “Tottenhem”də
2-ci liqada 3 oyun
Argentina “10” nömrəsini kimə həvalə edəcək?
Növbəti matça sabiq baş məşqçi ilə çıxacaqlar
"Qalatasaray"dan sonra İtaliya klubuna keçə bilər
Azərbaycan millisi 1/8 finalda dayandı
"Sabah" braziliyalı futbolçu transfer etdi
O da milli karyerasını başa vurdu
“Roma” A Seriyasına rekordla başladı
"Qarabağ"dan gedər-getməz qol vurdu, komandası qalib gəldi
"Bayer"ə qayıtdı
Polşa klubundan Emreliyə xüsusi diqqət - Video
“Kəpəz”dən yeni transfer
2-ci Liqada yeni mövsümə start verildi
“Trabzonspor” baş məşqçisini göndərdi
Azərbaycan millisinin məşqçisi vəfat edib
“Qəbələ”ni növbəti oyuna kim hazırlaşdırır?
Mahir Emrelinin komandasına yeni baş məşqçi təyin olundu
Qabriel Jezus rəsmən “Barselona”da
PSJ-dən "Aston Villa"ya keçdi - Rəsmi
Misli Premyer Liqasında avqustun ən yaxşı 5 qolu - Video
2-ci liqa klubunun stadionu FİFA sertifikatına layiq görüldü
Azərbaycan klubu nigeriyalı oyunçu transfer etdi
Türkiyə - Azərbaycan oyunu bu kanallarda
Misli Premyer Liqasında 6 oyunun vaxtı açıqlandı