"Qarabağ"ın rəqibi futbolçusunu icarəyə verdi

"Qarabağ"ın rəqibi futbolçusunu icarəyə verdi
XƏBƏR 17 Sentyabr 2022 / 15:15 2340
-  A +

"Qarabağ"ın Avropa Liqasının G qrupundakı rəqiblərindən "Nant" (Fransa) klubu futbolçusu Bric Ndilunu icarəyə verib.

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı hücumçu karyerasını "Şole"də (Fransa) davam etdirəcək. Onunla mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Ndilu 2019-cu ildən "Nant"ın futbolçusudur. 

Xatırladaq ki, "Qarabağ" qrup mərhələsinin 2-ci turunda Bakıda "Nant"ı 3:0 hesabı ilə məğlub edib. Komandalar arasında 5-ci tur oyunu oktyabrın 27-də Fransada olacaq.


Son xəbərlər
topaz banner