Benzema Madrid derbisini buraxacaq

Benzema Madrid derbisini buraxacaq
XƏBƏR 17 Sentyabr 2022 / 14:20 1999
-  A +

"Real"ın futbolçusu Kərim Benzema La Liqanın 6-cı turunda "Atletiko" ilə derbi oyununu buraxacaq.

Qol.az İspaniya mətbuatına istindən xəbər verir ki, 34 yaşlı hücumçu Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda sentyabrın 6-da "Seltik"lə matçda (3:0) zədələnib. Fransalı forvard komandanın bugünkü məşqində də iştirak etməyib. Klub onu meydana çıxmağa məcbur etməmək qərarına gəlib.

Qeyd edək ki, sabah keçiriləcək "Atletiko" - “Real” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Son xəbərlər
topaz banner