"Olimpiakos" "Qarabağ"ı düzgün qiymətləndirməsə..." - Çantakias

"Olimpiakos" "Qarabağ"ı düzgün qiymətləndirməsə..." - Çantakias
XƏBƏR 17 Sentyabr 2022 / 13:59 7963
-  A +

"Zirə"nin yunanıstanlı futbolçusu Dmitrios Çantakias "Qarabağ"ın Avroliqanın qrup mərhələsində "Olimpiakos"la (Yunanıstan) keçirəcəyi oyunlar barədə danışıb. 

Qol.az xəbər verir ki, 27 yaşlı müdafiəçi Gazzetta.gr saytına açıqlamasında deyib: 

"Olimpiakos" son illərdəki kimi matça köklənə bilməsə, böyük problem yaşayacaq. "Qarabağ"ın 6-7 oyunçusu uzun illərdir birlikdə çıxış edirlər. Onların əsas "silahları" 5 oyunçudur. Bunlardan biri olan Marko Yankoviç vaxtilə "Olimpiakos"da da çıxış edib. Sağ cinah müdafiəçisi Marko Veşoviç təhlükəli oyunçudur. Abdulla Zubir ilə Kvabena Ovusu irəli xətdə təhlükəlidir və qollar vururlar. Filip Ozobiçi də bu siyahıya əlavə edirəm. Bu oyunçular xüsusi fərq yaradır. "Olimpiakos" bunu düzgün qiymətləndirməsə, problem yaşayacaq".

Qeyd edək ki, "Qarabağ"la "Olimpiakos" arasındakı 3-cü tur görüşü oktyabrın 6-da Yunanıstanda keçiriləcək.


Son xəbərlər
topaz banner