"Messi PSJ-də xoşbəxtdir"

"Messi PSJ-də xoşbəxtdir"
XƏBƏR 17 Sentyabr 2022 / 13:28 2575
-  A +

PSJ-nin direktoru Luis Kampos futbolçusu Lionel Messi haqqında danışıb.

Qol.az "RMC Sport"a istinadən xəbər verir ki, o, 35 yaşlı hücumçunu tərifləyib:

“Messidən çox razıyam. Ondan klubda üç il qala bilib-bilməcəyini soruşdum. Messi Barselonanın simvoludur. O, başqa şəhərə, fərqli futbola gəldi. Buraya uyğunlaşmaq Messinin vaxtını aldı. Bu mövsüm bizdə yaxşı səviyyəyə çatmaq üçün daha çox iş görən Messi var. O, burada xoşbəxtdir”.

Qeyd edək ki, Messi ötən ilin yayından PSJ-də oynayır.


Son xəbərlər
topaz banner