Daha 5 cüdoçumuz Avropa çempionatında mübarizəyə başlayır

Daha 5 cüdoçumuz Avropa çempionatında mübarizəyə başlayır
XƏBƏR 17 Sentyabr 2022 / 11:58 560
-  A +

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə gənclərin Avropa çempionatı davam edir.

Qol.az xəbər verir ki, Azərbaycanın daha 5 cüdoçusu bu gün yarışda mübarizəyə başlayacaq. Vüqar Talıbov (90 kq) 1/16 finalda Maksims Duinovsla (Latviya), eyni çəkidəki İsmayıl Zamanov Aleks Maruşka (Slovakiya) ilə üz-üzə gələcək. Ruslan Nəsirli (100 kq) 1/8 finalda Hubert İllmerlə (Avstriya), Kənan Nəsibov (100+ kq) eyni raundda Alin Baqrinlə (Moldova) görüşəcək.

Qadınların yarışında Nərmin Əmirli (78 kq) 1/8 finalda Yuli Alma Mişinerlə (İsrail) güləşəcək.

Qeyd edək ki, daha əvvəl Vüsal Qələndərzadə (73 kq) və Elcan Hacıyev (81 kq) qızıl, Turan Bayramov (60 kq) isə gümüş medal qazanıb.


Son xəbərlər
topaz banner