Arteta Qvardiola və Konteni də qabaqladı

Arteta Qvardiola və Konteni də qabaqladı
XƏBƏR 16 Sentyabr 2022 / 16:08 2001
-  A +

İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı məşqçisi müəyyənləşib.

Qol.az turnirin saytına istinadən xəbər verir ki, bu, "Arsenal"ın çalışdırıcısı Mikel Arteta olub. 40 yaşlı mütəxəssisin komandası avqust ayında keçirdiyi 5 matçın hamısında qalib gəlib. 

Arteta Xosep Qvardiola ("Mançester Siti"), Antonio Konte ("İnter"), Qrem Potter ("Brayton", hazırda isə "Çelsi") və Marko Silvanı ("Fulhem") qabaqlayıb.

Qeyd edək ki, Arteta "Arsenal"ın baş məşqçisi olaraq 3-cü dəfə ayın ən yaxşısı mükafatını alıb. O, buna 2021-ci ilin sentyabrında və 2022-ci ilin martında layiq görülüb.


Son xəbərlər
topaz banner