Filip Ozobiç: "Bu cür davam etməliyik"

Filip Ozobiç: "Bu cür davam etməliyik"
XƏBƏR 16 Sentyabr 2022 / 00:46 3551
-  A +

 "Qarabağ"ın futbolçusu Filip Ozobiç Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Nant"a 3:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Qol.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında deyib:

"Yaxşı qələbə oldu. Amma nəzərə almaq lazımdır ki, bu, hələ qrupdakı ikinci oyunumuz idi. Qrupda daha 4 matçımız qalıb. Bu cür davam etməliyik. "Nant" böyük komandadır. Heyətində güclü futbolçular var. Rəqabətli liqada çıxış edirlər. Amma bu oyunda biz yaxşı futbol sərgilədik və layiqli qələbə qazandıq".


Son xəbərlər
topaz banner