Almeyda: "Ordumuzdan xoş xəbərlər alırıq”

Almeyda: "Ordumuzdan xoş xəbərlər alırıq”
XƏBƏR 16 Sentyabr 2022 / 00:04 4859
-  A +

"Qarabağ"ın futbolçusu Riçard Almeyda Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Nant"a 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərə açıqlama verib.

Qol.az xəbər verir ki, o,  oyuna istədikləri kimi başlaya bilmədiklərini söyləyib: 

"Ölkədə baş verən hadisələr komandamıza təsir göstərmişdi. Bunu ilk hissədə daha çox hiss etdik. Amma ikinci hissədə istəyimizi ortaya qoya bildik. Məqsədimiz bu oyunda qələbə qazanmaq idi. Bunu əldə etdik. Qələbəni döyüşlərdə qəhrəmancasına həlak olan oğullarımıza həsr edirik. Ordumuzdan xoş xəbərlər alırıq. Bundan məlumatlıyıq. Xoş xəbərlər eşidəcəyik, bu münaqişə tez bir zamanda yekunlaşacaq".


Son xəbərlər
topaz banner