Əfsanəvi idmançı karyerasını bitirir

Əfsanəvi idmançı karyerasını bitirir
XƏBƏR 15 Sentyabr 2022 / 19:08 2900
-  A +

Məşhur tennisçi Roje Federer peşəkar karyerasını bitirəcəyini açıqlayıb.

Qol.az xəbər verir ki, 41 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, növbəti həftə İngiltərədə keçiriləcək "Laver Cup"dan sonra karyerasını bitirəcəyini bildirib.

Federer səhhətinin ona əvvəlki səviyyədə çıxış etməyə imkan vermədiyini bildirib.

Qeyd edək ki, Roje Federer karyerası ərzində 103 titul qazanıb. O, səkkiz dəfə Uimbldon turnirinin, altı dəfə Avstraliya Açıq turnirinin, beş dəfə ABŞ Açıq çempionatının və bir dəfə "Rolan Qarros"un qalibi olub.


Son xəbərlər
topaz banner