De Brüyne hamını qabaqladı

De Brüyne hamını qabaqladı
XƏBƏR 15 Sentyabr 2022 / 17:28 1499
-  A +

Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu, "Mançester Siti"nin futbolçusu Kevin de Brüyne olub. 31 yaşlı yarımmüdafiəçi "Bavariya"dan Camal Musiala, PSJ-dən Kilian Mbappe və "Brügge"dən Ferran Hutqlanı qabaqlayıb.

Qeyd edək ki, De Brüyne ötən gecə "Borussiya" (Dortmund) ilə görüşdə (2:1) məhsuldar ötürmə ilə yadda qalıb.


Son xəbərlər
topaz banner