Puşkaşdan sonra Modriç...

Puşkaşdan sonra Modriç...
XƏBƏR 15 Sentyabr 2022 / 16:27 2222
-  A +

"Real"ın futbolçusu Luka Modriç komandanın heyətində Çempionlar Liqasında meydan çıxan ən yaşlı 2-ci futbolçu adını qazanıb.

Qol.az xəbər verir ki, o, buna ötən gecə qrup mərhələsinin 2-ci turunda "Leyptsiq"lə görüşdə (2:0) oynamaqla nail olub. 37 yaş 5 günlüyündə olan xorvatiyalı yarımmüdafiəçi meydana start heyətdə çıxıb.

Modriç əfsanəvi forvard Ferents Puşkaşdan sonra "Real"ın heyətində ÇL-də (Çempionlar Kubokunda) oynayan ən yaşlı futbolçudur. Puşkaş 1965-ci ilin noyabrında 38 yaş 229 günlüyündə "Kilmarnok"la (Şotlandiya) matçda meydana çıxıb. Lakin həmin vaxt turnir Çempionlar Liqası yox, Çempion Klublar Kuboku adlanırdı.


Son xəbərlər
topaz banner