Neymar hakimi tənqid etdi

Neymar hakimi tənqid etdi
XƏBƏR 15 Sentyabr 2022 / 15:50 1586
-  A +

PSJ-nin futbolçusu Neymar Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Makkabi" (Hayfa, İsrail) ilə oyunun (3:1) baş hakimi Daniel Sieberti tənqid edib.

Qol.az xəbər verir ki, 30 yaşlı hücumçu ba barədə öz Tvitter hsabında paylaşıb. Neymar yazıb: “Bir idmançıya qarşı tam hörmətsizlik edildi. Belə şey ola bilməz. Sadəcə heç nə etmədiyim halda sarı vərəqə aldım. Bəs hakim? Səhv etdiyini belə demədi! Bu, hörmətsizlikdir”.

Qeyd edək ki, Neymar görüşün 88-ci dəqiqəsində fərqlənib. O, qeyri-idman hərəkətinə görə 89-cu dəqiqədə sarı vərəqə alıb. 


Son xəbərlər
topaz banner