UEFA-nın qadağasına əməl etmədilər

UEFA-nın qadağasına əməl etmədilər
XƏBƏR 15 Sentyabr 2022 / 14:28 5652
-  A +

"Reyncers" (Şotlandiya) Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda Napoli” ilə matçdan əvvəl Böyük Britaniya krallığının marşını səsləndirib.

Qol.az xəbər verir ki, bu, kraliça II Elizabetin ölümünə həsr olunub. Turun digər görüşlərindən əvvəl İngiltərə klubları və "Reyncers" öz oyunlarında himnin səsləndirilməsi üçün UEFA-dan icazə istəmişdilər. Lakin qitənin ali futbol qurumu məsələ ilə əlaqədar qadağa qoymuşdu.

Buna baxmayaraq, "Reyncers" UEFA-nın qadağasına zidd çıxıb və 1 dəqiqəlik sükutun ardından himni oxuyub. “Aybroks” stadionundakı azarkeşlər də himni oxuyublar.

Qeyd edək ki, “Reyncers” "Napoli"yə 0:3 hesabı ilə uduzub.


Son xəbərlər
topaz banner