"Çelsi" 23 il sonra ilk dəfə...

"Çelsi" 23 il sonra ilk dəfə...
XƏBƏR 15 Sentyabr 2022 / 13:05 2450
-  A +

Çempionlar Liqasının 2022/23 mövsümü "Çelsi" üçün uğursuz başlayıb.

Qol.az "Opta"ya istinadən xəbər verir ki, London təmsilçisi qrup mərhələsinin ilk 2 turunda qələbə qazana bilməyib. "Çelsi" əvvəlcə Zareb "Dinamo"suna uduzub (0:1), ötən gün isə "Zaltsburq"la heç-heçə edib (1:1). Nəticədə Premyer iqa təmsilçisi 23 il sonra ilk dəfə ÇL-dəki ilk 2 oyununda qalib gəlməyib.

Belə göstərici son dəfə 1999/2000 mövsümündə olub. Həmin vaxt əvvəlcə "Milan"la bərabərliyə razılaşan (0:0) zadəganlar növbəti dəfə "Herta"ya uduzublar (1:2).


Son xəbərlər
topaz banner