Alleqrinin istefa həştəqləri trendə düşdü

Alleqrinin istefa həştəqləri trendə düşdü
XƏBƏR 15 Sentyabr 2022 / 11:49 1643
-  A +

"Yuventus" azarkeşləri baş məşqçi Massimiliano Alleqrinin tezliklə istefaya göndərilməsini istəyirlər.

Qol.az xəbər verir ki, Turin təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsinin ilk 2 turunda uduzması fanatları qəzəbləndirib. "Yuventus" ötən gecə öz meydanında "Benfika"ya yenilib - 1.2

Görüşdən sonra komandanın azarkeşləri kütləvi şəkildə sosial şəbəkələrdə Alleqrinin istefasını tələb ediblər. Onlar "#AllegriOut", "#AllegriWon" həştəqlərini paylaşıblar. Bu paylaşımlar sosial şəbəkə trendlərinə daxil olub.

Qeyd edək ki, "Yuventus" bu mövsüm ümumilikdə çıxdığı 8 matçda cəmi 2 qələbə qazanıb.


Son xəbərlər
topaz banner