Xviça mövsümün rekorduna imza atdı

Xviça mövsümün rekorduna imza atdı
XƏBƏR 15 Sentyabr 2022 / 10:49 3646
-  A +

"Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya Çempionlar Liqasında mövsümün rekorduna imza atıb.

Qol.az "Opta"ya istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi buna ötən gecə qrup mərhələsinin 2-ci turunda "Reyncers"lə görüşdə (0:3) nail olub. O, rəqibin qapısına 8 zərbə vurub. Belə nəticə ÇL-in 2022/23 mövsümü üçün rekorddur.

Qeyd edək ki, Xviça bu yay "Dinamo"dan (Gürcüstan) "Napoli"yə keçib. 

Xatırladaq ki, Xviça Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.


Son xəbərlər
topaz banner