"Qarabağ"ın rəqibi daha bir ulduz futbolçunu transfer edir

"Qarabağ"ın rəqibi daha bir ulduz futbolçunu transfer edir
XƏBƏR 14 Sentyabr 2022 / 15:00 4964
-  A +

Avropa Liqasının qrup mərhəlsində "Qarabağ"ın rəqibi olan "Olimpiakos" heyətinə daha bir ulduz futbolçu cəlb edir.

Qol.az xəbər verir ki, bu barədə məşhur italiyalı jurnalist Fabritsio Romano özünün Tvitter səhifəsində paylaşım edib. O qeyd edib ki, Yunanıstan klubu Xames Rodrigeslə razılığa gəlib.

Kolumbiyalı yarımmüdafiəçi bu gün tibbi müayinədən keçmək üçün Afinaya gedəcək.

Qeyd edək ki, "Real" və "Bavariya"da da oynamış 32 yaşlı futbolçu son olaraq Qətərin "Əl Rayyan" klubund çıxış edib.
Xatırladaq ki, "Olimpiakos" daha əvvəl braziliyalı müdafiəçi Marselonu heyətinə cəlb edib.  
 


Son xəbərlər
topaz banner