UEFA İngiltərə klublarının istəyini rədd etdi

UEFA İngiltərə klublarının istəyini rədd etdi
XƏBƏR 14 Sentyabr 2022 / 13:49 2551
-  A +

İngiltərənin Çempionlar Liqasında mübarizə aparan klubları matçlarından öncə Böyük Britaniya kraliçası II Elizabetin ölümü ilə əlaqədar İngiltərə milli marşının səsləndirilməsi üçün UEFA-ya müraciət ediblər.

Qol.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Marşın mətnində "Tanrı kralı qorusun" (God save the king) sözləri yer alıb. Klublar kraliçanın vəfatından sonra taxta oğlu Çarlzın keçməsi səbəbindən belə addım atıblar. Yas elan edilən Böyük Britaniyadakı ÇL matçlarında turnirin himninin səsləndirilməməsinə qərar verən UEFA İngiltərə klublarının marş istəyini də rədd edib.

Qeyd edək ki, bu mövsüm Çempionlar Liqasında İngiltərə klublarından "Çelsi", "Liverpul", "Mançester Siti" və "Tottenhem" mübarizə aparır.


Son xəbərlər
topaz banner