"Everton" 38 yaşlı oyunçu transfer etdi

"Everton" 38 yaşlı oyunçu transfer etdi
XƏBƏR 14 Sentyabr 2022 / 12:33 1564
-  A +

İngiltərənin "Everton" klubu heyətinə yeni qapıçı cəlb edib.

Qol.az Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı isveçrəli Eldin Yakupoviçlə 1 illik müqavilə imzalanıb.

Əsas qapıçılar Cordan Pikford və Endi Lonerqan zədələndiyindən 4 ildir "Lester"də ehtiyatda oturan Yakupoviç transfer edilib.

Qeyd edək ki, təcrübəli qolkiper 2017-ci ildən "Lester"in üzvü idi.


Son xəbərlər
topaz banner