İbrahimoviç: "Qayıdacağam və təslim olmayacağam"

İbrahimoviç: "Qayıdacağam və təslim olmayacağam"
XƏBƏR 14 Sentyabr 2022 / 11:48 1649
-  A +

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç ciddi zədə almasına baxmayaraq, futbolçu karyerasını bitirmək fikrində deyil.

Qol.az xəbər verir ki, 40 yaşlı futbolçu "La Gazzetta dello Sport"a açıqlamasında bu barədə danışıb: “Mən tezliklə qayıdacağam. Karyeramı bitirmək fikrində deyiləm. Qayıdacağam və təslim olmayacağam" deyə İbrahimoviç qeyd edib.

Xatırladaq ki, İbrahimoviç bu ilin may ayında dizindən əməliyyat olunub. İsveçli hücumçunun qayıdışı 2023-cü ilin yanvarında gözlənilir. İyul ayında o, 2021/2022 mövsümündə İtaliya çempionu olduğu "Milan"la yeni bir illik müqavilə imzalayıb.


Son xəbərlər
topaz banner