"Nant" Bakıda - Şəkillər

"Nant" Bakıda - Şəkillər
XƏBƏR 14 Sentyabr 2022 / 09:36 2324
-  A +

"Nant" Aavropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Qarabağ"la matç üçün Bakıya gəlib.

Qol.az xəbər verir ki, Fransa təmsilçisini daşıyan şəxsi təyyarə ötən gün axşam saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.

Bu, Avropa Liqasının 2022/23 mövsümündəki ən uzaq səfərlərindən olub. Ölkələr arasındakı məsafə 4,118 km-dir.

"Nant"ın baş məşqçisi Antuan Kambuare bu gün saat 17:15-də mətbuat konfransı təşkil edəcək. 18:00-da isə Liqa 1 klubu oyundan öncə son məşqini keçirəcək. "Nant" görüşdən dərhal sonra Fransaya qayıdacaq.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq "Qarabağ" - "Nant" qarşılaşması saat 20:45-də başlayacaq.


Son xəbərlər
topaz banner