"Nant" Bakıya gəlir

"Nant" Bakıya gəlir
XƏBƏR 13 Sentyabr 2022 / 17:20 2421
-  A +

"Nant"ın Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda 2 gün sonra "Qarabağ"la Bakıda keçirəcəyi matç üçün səfər proqramı məlum olub.

Qol.az actu.fr-a istinadən xəbər verir ki, Fransa təmsilçisi bu gün paytaxtımıza gəlir. Komandanı daşıyan şəxsi təyyarə saat 22:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enəcək. Bildirilir ki, komanda görüşdən dərhal sonra Fransaya qayıdacaq.

Bu, Avropa Liqasının 2022/23 mövsümündəki ən uzaq səfər hesab olunur. Ölkələr arasındakı məsafə 4,118 km-dir.

"Nant"ın baş məşqçisi Antuan Kambuare sabah saat 17:15-də mətbuat konfransı təşkil edəcək. 18:00-da isə Liqa 1 klubu oyundan öncə son məşqini keçirəcək.

Qeyd edək ki, sentyabrın 15-i Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq "Qarabağ" - "Nant" qarşılaşması saat 20:45-də başlayacaq.


Son xəbərlər
topaz banner