"Qarabağ" UEFA-nın "TOP-10"nunda

"Qarabağ" UEFA-nın "TOP-10"nunda
XƏBƏR 13 Sentyabr 2022 / 16:58 6124
-  A +

UEFA Avropa Liqasının qrup mərhələsində iştirak edən və formada olan komandalar açıqlayıb.

Qol.az yarışın "Tvitter" hesabına istinadən xəbər verir ki,  ölkə çempionatı və Avropa Liqasının nəticələrinə əsasən tərtib olunan "10-luq"da "Qarabağ" da yer alıb. Komanda 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ" Azərbaycan Premyer Liqasında keçirdiyi 5 oyunda da qalib gəlib. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Avroliqanın qrup mərhələsinin ilk turunda isə "Frayburq"a 1:2 hesabı ilə uduzub.


Son xəbərlər
topaz banner