"Arsenal"ın Avroliqa oyunu təxirə salındı

"Arsenal"ın Avroliqa oyunu təxirə salındı
XƏBƏR 12 Sentyabr 2022 / 17:17 2863
-  A +

"Arsenal"ın (İngiltərə) Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda PSV (Niderland)  ilə keçirəcəyi ev oyunu təxirə salınıb.

Qol.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Sentyabrın 15-də keçirilməli olan matç qeyri-müəyyən müddətə təxirə salınıb.

Belə qərarın verilməsinə səbəb isə Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə bağlı yaranan təşkilati problemləridir. 


Son xəbərlər
topaz banner