"Mançester Yunayted"in futbolçuları komanda yoldaşları Kriştiano Ronaldonun yanvar ayında klubdan ayrılmasını istəyirlər.
Qol.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. "The Sun"a danışan bir mənbə bildirib ki, "qırmızı şeytanlar"ın oyunçuları əvvəlcə 37 yaşlı hücumçunun komandaya gəlişinə görə xoşbəxt olublar, lakin indi onun getməsini istəyirlər: "Ronaldo ötən mövsüm "Mançester Yunayted"ə gələndə bütün futbolçular sevindilər, lakin o, bu mövsümün əvvəlindəki hazırlıq prosesini buraxdığı üçün məyus oldular". Xəbərə görə, Ronaldo meydana çıxmaq şansı alanda taktikadan çox öz hissləri ilə hərəkət edir və bu, komandaya mənfi təsir edir.
"Daily Mail" isə yazır: "Mançester Yunayted"dəki futbolçular Ronaldonun yanvar ayında göndərilməsi üçün klubun əlindən gələni etməsini istəyirlər".
Qeyd edək ki, Ronaldo 2003-2009-cu illərdə də "Mançester Yunayted"də oynayıb. O, 2021-ci ili avqustunda klubla 2+1 illik müqavilə imzalayıb. Lakin Ronaldonun İngiltərə təmsilçisindən ayrılmaq istədiyi barədə xəbərlər yayılıb. O, komandasının mövsüm öncəsi hazırlığını da buraxmışdı. Bundan əlavə, Ronaldo yeni mövsümdə çıxdığı 7 matçda heç nə ilə yadda qalmayıb.
PSJ-dən Markinyos qərarı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi
Xuan Mata karyerasını başa vurdu
“Qarabağ” və “Zirə”nin futbolçuları qələbədə iştirak etdilər
İsa Sülimanın komandası Hindistana məğlub oldu
"Real"dan gedəcək?
Harri Keyn Millətlər Liqasının bombardiri oldu
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
"Zirə"nin futbolçusu millidə zədələndi
Argentinadan 7:0-lıq qələbə
16 yaşlı futbolçu “Mançester Yunayted”dən ayrıldı
Messidən sərt tələb
“Qarabağ”ın futbolçusu millisinin qələbəsində iştirak etdi
Azərbaycan millisi püşkatmada 5-ci səbətdə - Avro-2028
Millətlər Liqasında 1/4 finala yüksələn 8 komanda
Millətlər Liqasında qrup mərhələsi yekunlaşdı
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje