"Spartalı" 34 yaşında dünyasını dəyişdi

"Spartalı" 34 yaşında dünyasını dəyişdi
XƏBƏR 12 Sentyabr 2022 / 13:00 4355
-  A +

"Spartalı" ləqəbi ilə tanınan MMA döyüşçüsü Elias Teodoru 34 yaşında vəfat edib. 

Qol.az xəbər verir ki, kanadalı döyüşçü qaraciyər xərçəngindən dünyasını dəyişib. Lakin Teodoru daha əvvəl xəstəliyi barədə ictimaiyyətə məlumat verməyib. Ona görə də Eliasın ölümü MMA ictmaiyyəti üçün sensasiya yaradıb.

Qeyd edək ki, Teodoru UFC-də keçirdiyi 11 döyüşdən 8-də qələbə qazanıb, 3-də uduzub. O, orta çəkidə TUF Nations turnirinin qalibi olub.


Son xəbərlər
topaz banner