ÇL-də qrup oyununun vaxtı dəyişdirildi

ÇL-də qrup oyununun vaxtı dəyişdirildi
XƏBƏR 12 Sentyabr 2022 / 12:17 4424
-  A +

Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda keçiriləcək “Reyncers” (Şotlandiya) – “Napoli” (İtaliya) oyununun vaxtı dəyişdirilib.

Qol.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb. Matç əvvəlcədən nəzərdə tutulduğu kimi sentyabrın 13-də yox, sentyabrın 14-də keçiriləcək. Buna səbəb isə Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə bağlı yaranan təşkilati problemləridir. Qarşılaşma sentyabrın 14-də Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Qeyd edək ki, “Napoli” azarkeşləri Şotlandiyanın Qlazqo şəhərindəki “İbroks” stadionuna daxil ola bilməyəcəklər. “Reyncers” azarkeşləri də İtaliyada “Napoli” ilə cavab oyununda iştirak etməyəcəklər. UEFA azarkeşləri bu duruma görə qərarlara hörmət etməyə və başa düşməyə çağırıb.


Son xəbərlər
topaz banner