“Araz Naxçıvan”ın ÇL-dəki oyunlarının təqvimi

“Araz Naxçıvan”ın ÇL-dəki oyunlarının təqvimi
XƏBƏR 12 Sentyabr 2022 / 10:34 1360
-  A +

Futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edəcək "Araz-Naxçıvan" komandasının oyunlarının təqvimi bəlli olub.

Azərbaycan Futzal Federasiyasından verilən məlumata görə, ölkə çempionu oktyabrın 26-da İsveçin "Orebro" kollektivi ilə üz-üzə gələcək.

Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda oktyabrın 27-də Serbiya təmsilçisi "Loznika Qrad"la, oktyabrın 29-da Bosniya və Herseqovina "Mostar"ı ilə görüşəcək.

Qarşılaşmalar Bosniya və Herseqovinanın Mostar şəhərindəki "Mithad Hujdur Hujka Arena"da keçiriləcək. Yalnız qrup qalibi elit-raunda yüksələcək.


Son xəbərlər
topaz banner