“Qəbələ” UEFA Gənclər Liqasına məğlubiyyətlə başladı - Yenilənib

“Qəbələ” UEFA Gənclər Liqasına məğlubiyyətlə başladı - Yenilənib
XƏBƏR 12 Sentyabr 2022 / 20:54 4884
-  A +

"Qəbələ"nin U-19 komandası bu gün UEFA Gənclər Liqasında mübarizəyə başlayıb.

Qol.az xəbər verir ki, Zaur Hacıyevin baş məşqçi olduğu komanda birinci mərhələnin ilk oyununda Xorvatiyada "Hayduk"la üz-üzə gəlib. Sloveniyalı David Smaytsın idarə etdiyi görüşdə "Qəbələ" 0:3 hesabı ilə uduzub.

Bu komandaların cavab qarşılaşması oktyabrın 4-də Qəbələdə keçiriləcək.

12 sentyabr

"Hayduk U-19" - "Qəbələ U0-19" - 3:0

Qollar: Vrçiç, 24-pen, Kaluşiç, 51, Nazor, 83


Son xəbərlər
topaz banner