Ukraynanın əfsanəvi futbolçuları Bosniya və Herseqovina komandasının oyunçuları və məşqçi heyətinə müraciət ediblər.
Qol.az xəbər verir ki, müraciətdə noyabrın 19-da Rusiya ilə Sankt-Peterburq şəhərində yoxlama matçının nəzərdə tutulduğu xatırladılıb və bundan imtina olunması xahiş edilib. Ukrayna Futbol Federasiyasının saytında da dərc olunan müraciətdə bildilir ki, artıq yarım ildir Ukrayna komandaları və milli öz meydanında bir beynəlxalq oyun keçirə bilmir:
“Həmçinin milyonlarla vətəndaşımız - əsasən qadınlar və uşaqlar Ukraynanı tərk etmək məcburiyyətində qalıb. Biz Bosniya və Herseqovinaya minnətdarıq ki, onların bəziləri üçün dost vətəninə çevrilib. İndi biz təkcə Ukraynaya görə mübarizə aparmırıq. Biz Bosniya və Herseqovinanın da mənsub olduğu bütün demokratik, sivil dünyanın gələcəyi üçün mübarizə aparırıq.
Ona görə də Ukraynada davam edən bu cür hadisələrdən sonra komandanızın noyabrın 19-da Rusiya millisi ilə yoldaşlıq oyunu keçirməyə razılıq vermədi xəbəri bizi təəccübləndirdi və çox üzdü. Hesab edirik ki, Bosniya və Herseqovina yığmasının Rusiya ilə oyun keçirmək qərarı təəssüf doğuran səhvdir. Amma bu, düzəldilə bilən bir səhvdir!
Buna görə də sizi Rusiya komandası ilə futbol matçında iştirakdan imtina etməyə çağırırıq! Demokratik Avropanın gələcəyi naminə imtina edin!”
Müraciəti “Qızıl top”un qalibləri Oleq Bloxin, İqor Belanov, Andrey Şevçenko, DÇ-nin iştirakçısı Anatoli Demyanenko, Olimpiya çempionu Aleksey Mixayliçenko, Oleq Protasov (UEFA Gümüş butsunun qalibi - 1986) imzalayıblar.
PSJ-dən Markinyos qərarı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi
Xuan Mata karyerasını başa vurdu
“Qarabağ” və “Zirə”nin futbolçuları qələbədə iştirak etdilər
İsa Sülimanın komandası Hindistana məğlub oldu
"Real"dan gedəcək?
Harri Keyn Millətlər Liqasının bombardiri oldu
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
"Zirə"nin futbolçusu millidə zədələndi
Argentinadan 7:0-lıq qələbə
16 yaşlı futbolçu “Mançester Yunayted”dən ayrıldı
Messidən sərt tələb
“Qarabağ”ın futbolçusu millisinin qələbəsində iştirak etdi
Azərbaycan millisi püşkatmada 5-ci səbətdə - Avro-2028
Millətlər Liqasında 1/4 finala yüksələn 8 komanda
Millətlər Liqasında qrup mərhələsi yekunlaşdı
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje