Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Nant” Fransa Liqa-1-in 7-ci turunun dünən “Loryan”a qarşı
səfər matçında 2:3 hesabı ilə uduzub. Bu məğlubiyyətdən sonra komanda 20 komanda arasında 15-ci yeri tutur (7 oyun, 6 xal).
Qol.az xəbər verir ki, “Nant”ın baş məşqçisi Antuan Kombuare matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Ona sual ünvanlanıb ki, daxili çempionatdakı uğursuzluq komandanın Avropa Liqasında da mübarizə aparması ilə bağlı ola bilərmi? Məşqçi buna cavab olaraq deyib:
“Mən çalışıram oyunçular başa düşsün ki, yorğunluqdan söhbət gedə bilməz. Kim ki, yorulub, onlar bu haqda mənə deyirlər. Belə olduqda həmin futbolçu ya səfərə aparılmır, ya da ehtiyatda qalır. Mən həmişə çalışıram ki, nəticə əldə etmək üçün yaxşı heyət toplayım. Daha əvvəl demişdim ki, həm çempionatda, həm də Avropa Liqasında qələbə qazanmaq lazımdır. Bu, reallıqdır. Biz onun üzərində işləyəcəyik ki, Avropa Liqası və çempionatda uğur qazanaq. Mən oyunçularımdan yalnız bunu gözləyirəm. Biz qarşıdakı iki oyunda (“Qarabağ” və “Lans”la matçlar - Qol.az) qalib gəlməliyik”.
Baş məşqçi deyib ki, “Loryan”la matçda komandasının çox imkanı olub: “Biz rəqibimiz kimi tez-tez irəli gedir, cərimə meydançasına daxil olurduq. Son 30 dəqiqədə daha güclü idik. Psixoloji olaraq bu oyunu uda bilmədik. Biz daha təpərli olmalıyıq”.
“Avropa Liqasındakı qələbə komandanı bu durumdan çıxara bilərmi” sualına Kombuarenın cavabı belə olub:
“Biz bunu dördüncü günü, xüsusən bazar günü axşam görə biləcəyik. Ona görə də təkrar edirəm ki, qarşıdakı iki matçda müsbət nəticə əldə etməliyik. Baxaq görək, biz dördüncü günü “Qarabağ”, bazar günü yerli liqada “Lans”la oyunlarda nə edə biləcəyik. “Lans” hazırda çox yaxşı formadadır”.
Xatırladaq ki, Avropa Liqasının qrup mərhələsinin 2-ci turunun “Qarabağ” - “Nant” matçı sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Oyun saat 20:45-də başlanacaq.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı