"Qarabağ"ın rəqibindən heç-heçə

"Qarabağ"ın rəqibindən heç-heçə
XƏBƏR 12 Sentyabr 2022 / 00:13 2713
-  A +

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Olimpiakos" Yunanıstan Superliqasının 4-cü tur oyununa çıxıb.

Qol.az xəbər verir ki, Pirey təmsilçisi doğma meydanda "Volos"la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

"Olimpiakos" - "Volos" - 1:1
Qollar
: Ozegoviç, 29 (0:1), Arabi, 76 (1:1)

Bu nəticədən sonra "Olimpiakos" 8 xalla 2-ci pillədə qərarlaşıb. Siyahıya 12 xalla "Panatinaikos" başçılıq edir. PAOK 7 xalla (3 oyun) 3-cüdür.

Qeyd edək ki, "Qarabağ” “Olimpiakos”a qarşı ilk matçını oktyabrın 6-ı səfərdə, ikinci oyununu isə oktyabrın 13-ü Bakıda keçirəcək.


Son xəbərlər
topaz banner