"Qarabağ"ın rəqibi uduzdu

"Qarabağ"ın rəqibi uduzdu
XƏBƏR 11 Sentyabr 2022 / 19:04 3536
-  A +

Fransa Liqasında 7-ci turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Nant" bu gün "Loryan"ın qonağı olub. Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

"Loryan" - "Nant" - 3:2

Qollar: Qanaqo, 13 (0:1), Oatarra, 19 (1:1), Katline, 60 (2:1), Kone, 74 (3:1), Simon, 85 (3:2)

Bu nəticədən sonra "Nant" 6 xalla 15-ci, "Loryan" 16 xalla 4-cüdür.

Qeyd edək ki, "Nant" Avroliqada növbəti oyununu məhz "Qarabağ"a qarşı keçirəcək. Sentyabrın 15-də Bakıda oynanılacaq matç saat 20:45-də başlayacaq.


Son xəbərlər
topaz banner