La Liqanın prezidenti Xavyer Tebas turnirdə Kriştiano Ronaldo ("Mançester Yunayted"), Lionel Messi və Kilian Mbappe (hər ikisi PSJ) kimi ulduzların oynamamasından danışıb.
Qol.az xəbər verir ki, o, İspaniya mətbuatına açıqlamasında turnirdə belə oyunçuların çıxış etməməsinə baxmayaraq,La Liqanın yüksək məbləğdə qazanc əldə etdiyini deyib:
“Onların oynadığı klublara nəzər salsaq görərik ki, bu klublar ortalığa pul səpirlər. Təbii ki, bu futbolçuların La Liqaya gəlməsini istərdim, amma keçən il də onlar da yox idilər. Mbappe rəqabətsiz liqada qaldı. La Liqa ötən mövsüm 800 milyon avro qazanıb. Amma A Seriyası Ronaldo orada oynadığı zaman 180 milyon avrodan çox pul almayıb. Biz isə 800 milyon avro aldıq. Və biz bu məbləği artıq Messi və Ronaldo gedəndən sonra qazandıq. Təbii ki, onların burada olmasını istərdik, amma hazırda bu, lazım deyil. La Liqada “Mançester Siti” və ya PSJ kimi pula qənaət etməyən klubların olmasını istəməzdim".
“Yuventus”a qayıda bilər
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi