“Tovuz stadionunun işıqlandırması ilə bağlı danışıqlarımız oldu”

“Tovuz stadionunun işıqlandırması ilə bağlı danışıqlarımız oldu”
XƏBƏR 10 Sentyabr 2022 / 13:57 1883
-  A +

PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev ötən gün Tovuz şəhərinə səfər etmələri ilə bağlı Qol.az saytına açıqlama verib.

Qurum rəsmisi Tovuz şəhər stadionunun durumu ilə tanış olduqlarını və "Turan Tovuz" rəhbərliyi ilə görüşərək müzakirələr apardıqlarını deyib:

"Dünən "Turan Tovuz" - "Kəpəz" oyununu izlədik. Daha sonra "Turan Tovuz" rəhbərliyi ilə görüşdük. Stadionda işıqlandırma problemi var. Mövsümün başlamasından etibarən "Turan Tovuz"un ev oyunları məcburən günorta saatlarına salınır. Belə olanda da oynamaq çətinləşir, matçın tempi aşağı düşür. Biz də bu məsələ ilə bağlı müzakirələr apardıq. Problemi həll etmək üçün klub rəhbərliyi ilə müəyyən danışıqlar oldu".

Nur Zeynalova


Son xəbərlər
topaz banner