Ozan Can qol vurdu, komandası qalib gəldi

Ozan Can qol vurdu, komandası qalib gəldi
XƏBƏR 10 Sentyabr 2022 / 12:42 2633
-  A +

Niderlandın birinci divizionunda 6-cı turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” evdə “Maastrixt”lə üz-üzə gəlib. Futbolçumuzun komandası oyundan qələbə ilə ayrılıb – 5:0.

Ozan da bu görüşün iştirakçısı olub. Oyuna start heyətdə başlayan Ozan 72-ci dəqiqədə komandasının 4-cü qolunu da vurub. Ozan Can 73-cü dəqiqədə əvəzlənib. 

Qeyd edək ki, “Eyndhoven” 6 oyundan sonra 16 xalla 20 kollektiv arasında 2-ci pillədədir.


Son xəbərlər
topaz banner