Almaniyanın məşhur “Kicker” idman jurnalının saytı Avropa Liqasının qrup mərhələsinin “Frayburq” - “Qarabağ” matçı (2:1) haqda yazı dərc edib.
Qol.az xəbər verir ki, yazıda Qurban Qurbanovun komandasının ikinci hissədə rəqibinə xeyli problem yaratdığı bildirilib.
Yazıda qeyd edilir: “2:2 hesabı bu görüşün ədalətli nəticəsi olardı. Azərbaycan komandasının gücü bir çoxları üçün gözlənilməz oldu. Amma “Frayburq”un baş məşqçisi Kristian Ştrayx üçün deyil. O, matçdan sonra azərbaycanlı jurnalistin sualına cavab verərkən dedi: “Mən qalib gələndə həmişə narazı qalıram”. Onun belə fikir səsləndirməsi təsadüfi deyil. Bundesliqada “Ştutqart”, “Bohum” və “Bayer” üzərindəki son 3 qələbədən sonra baş məşqçi bəzi boşluqlara diqqət çəkməklə yanaşı bəxtlərinin gətirdiyini də söylədi.
“Qarabağ”la oyunda rəqib “Frayburq”un qapısı önündə 5 qol imkanı yaratdı. 81-ci dəqiqədə “Frayburq”un bəxti də gətirdi. Kiliann Sildilliya Abdullah Zubirin cərimə meydançasında zərbə vurmasının qarşısını aldı. Onların bəxti gətirdi ki, penalti təyin olunmadı. Matçı ümumən yaxşı idarə edən belçikalı hakim Erik Lambrexstin bunun üçün əsaslı səbəbi ola bilərdi. Amma Sildilliyanın müdaxiləsi penaltinin olduğuna dair də fikir yürütməyə imkan verir.
“Bu, sərt təmas idi. Həmin an mən o qənaətə gəldim ki, burada penalti yox idi. Amma mən epizoda yenidən baxmalıyam” - deyə Kristian Ştrayx oyundan sonra bildirdi.
Final fitinə yaxın Ovusu Kvabenanın zərbəsindən sonra top qapının üstündən keçdi. Bütün bunlara baxmayaraq, Kristian Ştrayx bu dəfə komandasından razı qaldı: “Ümumən bu qələbəni layiqli hesab etmək olar. Ona görə ki, biz yaxşı və yüksək əhval-ruhiyyədə oynadıq”.
Ştrayx rəqibin keyfiyyətli oyunu haqda bunları dedi: “Biz onların “Sürix”, “Ferentsvaroş”la Budapeştdəki və “Viktoriya” ilə oyunlarını təhlil etmişdik. Mən onlardan belə oyun gözləyirdim. “Qarabağ” yaxşı komandadır. Onların əla sistem və taktikası var”.
Ştrayx bildirdi ki, “Qarabağ” rəqibin top itkilərindən özünün texnikalı futbolçuları sayəsində dərhal və məharətlə istifadə edir. “Mən bu komandayla daha bir yaxşı oyun gözləyirəm (noyabrda Bakıda - Qol.az)”.
Ştrayx qrupun 4 komandası arasında favorit görmür: “Dörd komandanın hər biri bərabər səviyyədədir. Yekunda 1 və 4-cü yeri tutan komandalar arasında xal fərqi çox az ola bilər”.
Nur Zeynalova
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi
Ştegenə "Ayaks"dan maraq var
Klub 9 aydan sonra onu göndərdi
Vlahoviç "Yuventus"dan gedir
AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
UFC turniri Ağ Evdə!
DÇ-2026-da oynaya bilməyəcək