Azərbaycan Premyer Liqasının 6-cı turunda "Turan Tovuz" - "Kəpəz" oyununu stadiondan izləyənlər arasında AFFA və PFL rəhbərliyi də var.
Qol.az xəbər verir ki, PFL-in mətbuat xidmətinin açıqlamasına görə, AFFA-nın baş katibi Sərxan Hacıyev, PFL-in prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev və AFFA-nın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla Tovuz Şəhər Stadionundadırlar.
Səfərin digər məqsədi isə görüşlər keçirmək, bölgə komandalarının durumu ilə maraqlanmaqdır. Oyundan öncə "Turan Tovuz"un rəhbərliyi ilə görüş keçirilib və müzakirələr aparılıb. Sabah isə Gəncə Şəhər Stadionunda "Kəpəz" klubunun rəhbərliyi ilə görüş təşkil olunacaq. Bunun ardından isə PFL prezidenti Elxan Səmədov və İdarə Heyəti Qəbələ şəhərinə üz tutacaqlar. PFL rəsmiləri orada "Qəbələ" - "Neftçi" oyununu izləyəcəklər.
Qeyd edək ki, hazırda 2-ci hissəsi oynanılan "Turan Tovuz" - "Kəpəz" oyununda hesab 1:0-dır. Sabah keçiriləcək "Qəbələ" - "Neftçi" matçı isə saat 18:00-da başlayacaq.
Qattuzo üzr istədi
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı
Ronaldo onu razı salmağa çalışır
Millimizin Bolqarıstan ilə oyun üçün heyəti
İran Dünya çempionatında iştirak edəcək
Davranışına görə komandadan uzaqlaşdırıldı
Məşqlərə qoşulmadığı üçün klubdan göndərilə bilər
"Fənərbaxça"nın prezidenti qəzaya düşdü - Şəkil
Konate "Real"dan təklif gözləyir
Azərbaycanın basketbol millisinin rəqibləri açıqlandı
Azərbaycan millisi Türkiyə yığması ilə birgə
Eddi Hau büdcə məhdudiyyətinə görə "Nyukasl"dan ayrıla bilər
Foden "Bavariya"nın radarında
"Milan" hücumçu transfer etdi
Mbappe basketbolçu olmaq istədi, NBA-dan bu cavabı aldı
AÇ: Azərbaycan millisinin oyunlarının vaxtı açıqlandı