“Sabah”ın futbolçusu Ukrayna millisinə çağırıldı

“Sabah”ın futbolçusu Ukrayna millisinə çağırıldı
XƏBƏR 9 Sentyabr 2022 / 14:39 3165
-  A +

"Sabah"ın yarımmüdafiəçisi Aleksey Kaşuk 21 yaşadək futbolçulardan ibarət Ukrayna millisinə çağırılıb.

Qol.az Ukrayna Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Ruslan Rotan Avro-2023"ün Slovakiya ilə pley-off matçları üçün Kaşuka da dəvət göndərib. O, B siyahısı üçün sifariş olunub.

Qeyd edək ki, Ukrayna və Slovakiya arasında qarşılaşmalar sentyabrın 23-ü və 27-də oynanılacaq.

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner