"Frayburq"un (Almaniya) baş məşqçisi Kristian Ştrayx Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda evdə "Qarabağ"a qalib gəldikləri matç (2:1) barədə danışıb.
Qol.az xəbər verir ki, mütəxəssis oyundan sonra təşkil olunan mətbuat konfransında Ağdam təmsilçisinin güclü komanda olduğunu deyib:
"Rəqibi analiz etmişdik. Onların Çempionlar Liqasının təsnifat mərhələsindəki görüşlərini izləmişdik. "Qarabağ" güclü komandadır. Onların güclü futbolçuları var. Bu matçın belə keçəcəyini gözləyirdim. İlk 20 dəqiqədə çox yaxşı oynadıq. Qələbəyə layiq olduğumuzu düşünürəm".
Ştrayx "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla oyundan əvvəl və sonra söhbət etməsi barədə bunları deyib:
"Ona bildirdim ki, Bakıya gedəcəyim üçün və belə rəqibə qarşı mübarizə apardığımız üçün şadam. Azərbaycana getmək istəyirəm. Bu ölkənin yeməyinin dadına baxmışam. Sizin regionla maraqlanıram. Hətta Gürcüstana da getmək istəyirdim. Amma pandemiya vaxtına düşdüyü üçün alınmadı".
Çalışdırıcı onu da qeyd edib ki, G qrupundakı bütün komandalar eyni gücdədir: "Qrupda favorit yoxdur. Hər 4 komanda eyni gücdədir. Hələlik kimin birinci və ya dördüncü olacağını deyə bilmərəm. Amma bilərəm ki, onların arasında da fərq çox olmayacaq".
Qattuzo üzr istədi
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı
Ronaldo onu razı salmağa çalışır
Millimizin Bolqarıstan ilə oyun üçün heyəti
İran Dünya çempionatında iştirak edəcək
Davranışına görə komandadan uzaqlaşdırıldı
Məşqlərə qoşulmadığı üçün klubdan göndərilə bilər
"Fənərbaxça"nın prezidenti qəzaya düşdü - Şəkil
Konate "Real"dan təklif gözləyir
Azərbaycanın basketbol millisinin rəqibləri açıqlandı
Azərbaycan millisi Türkiyə yığması ilə birgə
Eddi Hau büdcə məhdudiyyətinə görə "Nyukasl"dan ayrıla bilər
Foden "Bavariya"nın radarında
"Milan" hücumçu transfer etdi
Mbappe basketbolçu olmaq istədi, NBA-dan bu cavabı aldı
AÇ: Azərbaycan millisinin oyunlarının vaxtı açıqlandı