Azərbaycanlı kikboksçu, K-1 növündə çıxış edən Zabit Səmədovun Bakıda keçiriləcək vida döyüş gecəsindən əvvəl mətbuat konfransı təşkil olunub.
Qol.az xəbər verir ki, Səmədov əvvəlcə braziliyalı rəqibi Antonio Silva haqda sualı cavablanıdırb: "Rəqibin hansı güclü tərəfi olduğunu açıqlamaq düzgün deyil. Sirr saxlayırıq. Zəif və güclü tərəflərini bilirik. Hər şeyi rinqdə göstərəcəyik".
Təcrübəli idmançı karyerasını bitirdikdən sonra film sektorunda çalışacağını deyib: "Artıq 38 yaşım var. Film sektorunda davam etmək fikrim var. Bir möhtəşəm layihəmiz olacaq, vətən mövzusunda filmdir. Döyüşdən sonra açıqlayacağam.
Səmədov ilk və son döyüşü haqda hisslərini bölüşüb: "İlk döyüşlərdə həyəcan var idi. Amma sonuncu döyüşün məsuliyyəti böyükdur. 2013-cu ildən uduzmuram. İstəyirəm ki, karyeramı qələbə ilə bitirim".
Z.Səmədov onu da bildirib ki, məğlub olsa, bu, onun son döyüşü olmaya bilər: "Bu döyüşdə mütləq qələbə qazanmalıyam. Əgər uduzsam, revanş olacaq. Mən 3-4 il əvvəl Silvaya döyüş təklif etmişdim. Həmin vaxt alınmamışdı. O, simpatiyam olan idmançıdır".
Qeyd edək ki, Zabit Səmədov sabiq UFC döyüşçüsü olan Antonio Silva ilə vida döyüşü sentyabrın 10-da Milli Gimnastika Arenasında keçiriləcək.
Qattuzo üzr istədi
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı
Ronaldo onu razı salmağa çalışır
Millimizin Bolqarıstan ilə oyun üçün heyəti
İran Dünya çempionatında iştirak edəcək
Davranışına görə komandadan uzaqlaşdırıldı
Məşqlərə qoşulmadığı üçün klubdan göndərilə bilər
"Fənərbaxça"nın prezidenti qəzaya düşdü - Şəkil
Konate "Real"dan təklif gözləyir
Azərbaycanın basketbol millisinin rəqibləri açıqlandı
Azərbaycan millisi Türkiyə yığması ilə birgə
Eddi Hau büdcə məhdudiyyətinə görə "Nyukasl"dan ayrıla bilər
Foden "Bavariya"nın radarında
"Milan" hücumçu transfer etdi
Mbappe basketbolçu olmaq istədi, NBA-dan bu cavabı aldı
AÇ: Azərbaycan millisinin oyunlarının vaxtı açıqlandı